Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

ABŞ-ın hegemonluğu başa çatdı

ABŞ-ın dünyadakı hegemonluğu başa çatdı, indi danışıqlar stolu arxasına əyləşib soyuq müharibənin nəticələrindən danışmaq vaxtıdır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Yevgeni Lukyanov bildirib.

“ABŞ-ın dünyadakı hegemonluğu sona çatdı. Əlbətdə, Vaşinqtonda bununla razılaşmaq istəmirlər. Amma danışıqlar stolu arxasına oturmaq və soyuq müharibənin nəticələri ilə bağlı müzakirə aparmaq lazımdır”, - deyə Lukyanov bildirib.

Onun sözlərinə görə, bütün əsas oyunçuların yığıldığı qlobal konqres keçirilməlidir: “İndi bu məsələ ilə bağlı BMT və Təhlükəsizlik Şurasından başqa məşğul ola bilən qurum yoxdur. Əks təqdirdə nə oyun qaydaları, nə də razılaşma yoxdur. Onlar dəqiq öhdəliklər olmayacağı təqdirdə pozulacaqlar. Onda da dünya idarəolunmaz vəziyətdə və xaoslu olacaq”.
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP