Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Vasif Talıbov da Gülən məktəblərini bağladı

Naxçıvanda fəaliyyət göstərən türk liseyləri də bağlandı. Bu məlumat virtualaz.org saytının redaksiyasına Naxçıvandakı mənbələrdən daxil olub. Xəbərə görə, Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən üç Gülən məktəbi - Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi fəaliyyətini dayandırıb. 

Naxçıvan Türk Lisseyi

Muxtar respublikanın Təhsil Nazirliyindən liseylərə gələn komissiyalar eyni ilə Bakıda və digər rayonlarda olduğu kimi Naxçıvandakı bu təhsil ocaqlarının da bağlanacağını deyiblər. Liseylərə fəaliyyətlərinə hüquqi müstəvidə də xitam vermək üçün avqust ayının 15-dək vaxt verilib.

Şərur Türk Lisseyi

Xatırladaq ki, Naxçıvandan başqa Azərbaycan Dövlət Neft Şirkətinin nəzdindəki Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil olan və daha çox “Fətullah Gülən məktəbləri” kimi tanınan 11 lisey - Ağdaş liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt liseyi, Şəki liseyi və Şirvan liseyi ötən ay bağlanmışdı. Naxçıvandakı liseylər isə Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil deyildi. Buna görə də onların bağlanmayacağı gözlənilirdi. Lakin Naxçıvan MR Təhsil Nazirliyi və “Zaman öyrətim” təhsil şirkəti nəzdində fəaliyyət göstərən bu üç liseyin də bağlanmasına qərar verilib.

3527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu