Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

"DAİŞ" 480 məhbusu edam edib

Bəsrə hüquq təşkilatı dünya birliyini və beynəlxalq cəmiyyətləri bu qətliamı pisləməyə və lazımi tədbirlər görməyə çağırıb

“İraq-Şam İslam Dövləti” terrorçuları üç həftə öncə Mosulun yaxınlığında yerləşən “Baduş” həbsxanasını ələ keçirdikdən sonra şiə məhbuslardan 480 nəfəri edam ediblər. İnterAz-ın Sout əl-İraq agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Bəsrə əyalətindəki hüquq təşkilatı məlumat verib.

Bəsrə hüquq təşkilatı dünya birliyini və beynəlxalq cəmiyyətləri bu qətliamı pisləməyə və lazımi tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, terrorçu, vəhşi, vəhhabi “İraq-Şam islam Dövləti” 3 həftə öncə Mosula basqın edən zaman ilk addımda Neynəva əyalətində olan iki həbsxananı ələ keçirərək terrorizmdə ittiham edilən minlərlə məhbusu azad edib. Burada ölkənin cənub bölgələrinə mənsub məhbuslar isə edam edilib.
1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı