Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2013

Abşeron polisi jurnalisti saxladı

“Turan” agentliyinin müxbiri Hafiz Babalı saxlanılıb. Məlumata görə, o, Masazır qəsəbəsində polisin avtomobil yolunu bağlamasına qarşı vətəndaşların etirazını işıqlandıran zaman saxlanılıb. Masazır qəsəbəsində yolun günlərdir təmir adı ilə bağlanması vətəndaşların narazılığına səbəb olub. Onlar yolun açılmasını tələb ediblər, vətəndaşlarla polis arasında insident yaranıb. Jurnalist isə baş verənləri çəkməyə başlayıb. Lakin polislər onun kamerasını, vəsiqəsini və eynəyini (H.Babalının görmə qabiliyyəti zəifdir) əlindən alıblar. Onu post-patrul xidmətinin 10 EM 475 dövlət nömrəli avtomobilinə əyləşdirərək, Abşeron Rayon Polis İdarəsinə aparıblar.
1637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09