Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Putin Orxan Zeynalova görə generalı işdən qovdu

Moskvanın Qərbi Biryulevo rayonunun da daxil olduğu Cənub dairəsinin Daxili İşlər İdarəsinin rəisi, general mayor Aleksandr Podolnıy vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə AzVision.az Kremlin saytının yaydığı məlumata istinadən xəbər verir.
"Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi nəzdində Moskvanın Cənub dairəsinin Daxili İşlər İdarəsinin rəisi, polis general-mayoru Aleksandr Podolnıy vəzifəsindən azad olunsun”- deyə prezident Vladimir Putinin imzaladığı sərəncamda qeyd olunub.
Qeyd edək ki, Podolnıy Moskvanın Cənub inzibati dairəsi üzrə Daxili İşlər İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin iyun ayında təyin olunub. Elə o vaxt da polis general-mayoru rütbəsi alıb.
Podolnıyın işdən uzaqlaşdırılmasının səbəbinin Biryulevo rayonunda Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş qətl hadisəsi, bu hadisə fonunda baş qaldıran etiraz aksiyaları və iğtişaşlarla əlaqəli olduğu bildirilir. Bundan əvvəl isə Qərbi Biryulevo rayonunun polis rəisi vəzifədən azad edilmişdi.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin baş verənlərə görə məhz hökuməti o cümlədən yerlərdə daxili işlər üzrə idarə rəhbərlərini günahlandırmışdı.
1774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber