Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Hüseyn Çelik: “Ərdoğan istefa verməyəcək”

Türkiyə prezidentliyinə namizədliyi irəli sürülən Rəcəb Tayyib Ərdoğan baş nazir vəzifəsindən istefa vermək niyyətində deyil.

Bunu hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Hüseyn Çelik bəyan edib.

O, Ərdoğanın baş nazir vəzifəsindən istefa verməli olduğunu bildirən Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalını tənqid edib.

Onun sözlərinə görə, dünyada seçkiyə gedən baş nazirin istefa verməsinin örnəyi yoxdur: “Türkiyədə də, dünyada da bunun bir örnəyi yoxdur. Yüksək Seçki Komissiyasının qərarında hansı məslək sahiblərinin namizəd olduqları təqdirdə istefa verməli olduqları açıqlanıb. Burda nazir və ya baş nazir varmı? Baş nazir istefa verməyəcək. Boş yerə özünüzü yormayın".

Hüseyn Çelik onu da iddia edib ki, keçirilən sosioloji sorğular göstərir ki, Rəcəb Tayyib Ərdoğan ilk turda 50 faizdən çox səs toplayacaq və qalib gələcək.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il, avqustun 10-da keçiriləcək./apa/
1504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56