Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

"Artıq məsuliyyət şəxsən Poroşenkonun üzərindədir"

Dmitri Medvedev Ukraynada baş verənlərə görə məsuliyyəti Poroşenkonun üzərinə qoyub

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada baş verənlərə görə məsuliyyəti şəxsən prezident Pyotr Poroşenkonun üzərinə qoyub.

“Lenta.ru”-nun verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri özünün “Facebook” səhifəsində yazıb.

Dmitri Medvedev Ukraynada baş verənləri belə şərh edib: “Atəşkəsi pozaraq prezident Poroşenko böyük səhvə yol verib. Bu yalnız qurbanların sayını artıracaq. Buna görə məsuliyyət isə artıq şəxsən onun üzərindədir”.

Medvedev həmçinin qeyd edib ki, Poroşenkonun hərəkətləri danışıqlara qayıdışı çətinləşdirir, Rusiya və Ukrayna arasında münasibətləri mürəkkəbləşdirərək bir sıra məsələlər üzrə əməkdaşlığı mümkünsüz edir.
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP