Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Ukraynada 200 hərbçi ölüb, 619 nəfər yaralanıb

Ukraynada aprelin 15-dən etibarən 200 hərbi qulluqçu ölüb, 619 nəfər yaralanıb.

UNİAN agentliyinin verdiyi xəbərə görə, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Lısenko bəyan edib.

Onun sözlərinə görə, ölənlərdən 150 nəfər Ukrayna silahlı qüvvələrinin qulluqçusu, 7-si Təhlükəsizlik Xidməti əməkdaşı, 6-sı sərhədçi, 13-ü Milli qvardiyaçı və 24-ü milis əməkdaşıdır.

Lısenko həmçinin qeyd edib ki, atəşkəsin kəsilməsindən sonra ölkənin şərqində keçirilən əməliyyatlarda 5 hərbçi ölüb, 31-i yaralanıb.
1181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15