Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Müsəlman futbolçunun heyrətamiz hərəkəti

Braziliyada keçirilən DÇ-2014-də komandasında uğurlu çıxışı ilə fərqlənən Əlcəzair millisinin futbolçusu Slimani etdiyi hərəkətlə də fərqlənməyi bacarıb.

Əlcəzair yığmasının hücumçusu İslam Slimani ərəb iş adamları və sənətçilərinin vermək istədiyi mükafatı Fələstinə göndərmələrini istəyib.

''Qəzzanın bu köməyə daha çox ehtiyacı var'' - deyə, Slimani iş adamlarının verdiyi mükafatı rədd edib.

Slimani ölkə qəzetlərindən birinə verdiyi açıqlamada, özünün və digər futbolçu yoldaşlarının pula ehtiyacı olmadığını, lakin Qəzzadakıların o pula da çox ehtiyacı olduğunu vurğulayıb.

Qeyd edək ki, ərəb iş adamları və sənətçiləri DÇ-2014-də futbolçuların atdığı hər qola görə pul mükafatı və son model avtomobil hədiyyə edəcəklərini açıqlamışdılar.
1291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP