Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Moskvanın mərkəzində Ramazan çadırı qurulub

Mübarək Ramazan ayı bütün dünyada olduğu kimi, 20 milyondan çox müsəlmanın yaşadığı Rusiyada da böyük coşgu ilə geyd olunur.

Xalqlar mozaikası sayılan Rusiyada Ramazan ayında müxtəlif millətlərin təmsilçilərinin iftar proqramlarında bir araya gəlməsi gözəl bir ənənəyə çevrilib. Artıq 9-cu ildir ki, Moskvanın Zəfər Parkı Məscidi yaxınlığında qurulan Ramazan çadırı bu ənənəni yaşadan başlıca mərkəz halına gəlib. Rus, tatar, özbək, qırğız, çeçen, azərbaycanlı, bir sözlə onlarla millətin nümayəndələrinin toplaşdığı Ramazan çadırında dini söhbətlər və ilahilər dinləyən müsəlmanlar bütün dünyaya qardaşlıq mesajı verirlər.

Rusiya müftisinin köməkçisi Ruşen Abyasovun sözlərinə görə, Ramazan ayı, savab işlər görmək, mənəvi zənginlik qazanmaq ayıdır: ”Burda qurduğumuz Ramazan çadırı isə müsəlmanlar arasında mənəvi birliyi daha da gücləndirir. Burda keçirilən milli günlər çərçivəsində isə azərbaycanlılar da daxil müxtəlif xalqlar burada öz mədəniyətlərini nümayiş etdirirlər”.

Ramazan çadırında toplaşanlar arasında həmyerlilərimiz də az deyil. Onların ən böyük arzularından biri isə Moskvada azərbaycanlılar üçün ayrı bir məscid inşa edilməsidir.

Hər gün minə yaxın müsəlman və qeyri-müsəlmanın böyük marağına səbəb olan iftar proqramları ilə davam edən Ramazan çadırı, Ramazan ayının sonunadək fəaliyyət göstərcək. Ramazan çadırında Azərbaycan günü də keçiriləcək./ans/
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı