Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Maradona futbola qayıdır

Futbol dünyasının əfsanəsi Dieqo Maradona yenidən futbola qayıdır.

Argentinalı futbol əfsanəsi iştirak etdiyi bir televiziya proqramında Braziliyada keçirilən futbol üzrə dünya çempionatından sonra Venesuela milli komandasına rəhbərlik edə biləcəyini deyib.

Maradona bu günə qədər Cənubi Amerikada dünya çempionatında iştirak etməyən yeganə ölkə olan Venesuelanın baş məşqçisi olmasının doğru addım olacağını vurğulayıb.

Futbol dünyasının əfsanəsi bu ilki dünya çempionatının bitməsindən sonra Venesuela prezidenti Nikolas Maduroyu ziyarət edəcəyini və bu məsələni müzakirə edəcəyini bildirib.

Qeyd edək ki, Venesuelanın baş məşqçisi Sezar Farias komandasının 2014-cü il dünya çempionatının seçmə mərhəldə uğursuz çıxışından sonra istefa vermişdi.

Xatırladaq ki, Maradona bu günə qədər "Textil Mandiyu", "Rasinq Avellaneda", "Al-Vasl" və Argentina milli komandasına rəhbərlik edib.
1222 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP