Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Təhsil işçiləri etiraz aksiyalarına başlayır

Təhsil işçiləri etiraz aksiyasına hazırlaşır. Bu barədə məlumatı adının çəkilməməsini istəməyən bir təhsil işçisi verib. Onun bildirdiyinə görə Bakı şəhəri üzrə Təhsil Idarəsinin Metodik mərkəzinin altı bölməsində 80-ə qədər metodist çalışır. Təhsil idarəsinin əsas aparatı Nəsimi Bazarı deyilən yerin yaxınlığında əla təmirli möhtəşəm bir binada qərarlaşdığı halda, idarə təşkil olunan gündən müəllimlərin əsas köməkçisi, öyrədəni olan metodiki mərkəz gözdən-könüldən İraq bir yerdə- Nizami rayonunun dalda-bucaq bir yerində məskunlaşıb.

Bu ögey münasibət azmış kimi bu il metodistlərə daha bir problem yaradılıb. Təhsil idarəsinin maliyyə şöbəsinin şifahi göstərişinə əsasən metodistləri dərs dedikləri məktəblərdən iyul ayının 1-dən yox, may ayının 31-dən əmrlə işdən azad etmək tapşırılıb. Halbuki Təhsil Nazirliyinin kollegiyasının 2002-ci il tarixli müvafiq əmrində deyilir ki, əvəzçilik qaydasında işləyən müəllimlər müqavilənin bağlanması müddəti nəzərə alınmadan əsas iş yerində məzuniyyətə çıxdığı vaxtda məktəbdə məzuniyyətə buraxılır. Həmin kollegiya qərarında daha sonra deyilir ki, əvəzçilik qaydasında işləyən müəllimlərə məzuniyyət hesablandığı halda saathesabı işləyənlərə bu tətbiq olunmur.

Di gəl ki, Təhsil Nazirliyi kollegiyasının bu qərarı nəzərə alınmır və metodist müllimlərin əmək hüqüqu pozulur. Bu azmış kimi, müəllimlərin əməkhaqqıları və məzuniyyət pulları kəsilib. Müəllimlər də bunun çarəsini mitinq keçirməkdə görüblər. Məlumata görə artıq 80-dən çox təhsil işçisi aksiya keçirmək qərarına gəlib./Moderator/
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06