Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Sürücülər ayağa qalxdı - Ziya Məmmədovun "şirkətində" qiyam

Nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Transqeyt” şirkətinin rəhbərliyi altında olan 1 saylı avtobusun sürücüləri kütləvi şəkildə etiraz aksiyası keçirib.


Belə ki, 50 sürücü artıq iki gündür ki, işləməkdən imtina edib. Sürücülər “Transqeyt” şirkətinin və rəhbərliyin onlara qarşı qəddarlıq nümayiş etdiklərini bildirirlər. Sürücülər bildirirlər ki, şirkət onları qul yerinə işlədir.
1 saylı avtobusun sürücüsü Aftandil Əliyev ans-ə şikayətində bildirib ki, hər il yay aylarında gündəlik plan aşağı salınırdı. Lakin indi plan aşağı salınmayıb. “Bizi çox incidirlər. Gündəlik 132 manat plan tələb edirlər. 95 manat yanacağa, 15 manat da digər xərclərə çıxır. Bizə heç 20 manat da qalmır. Bəs biz adam deyilik? Bizi qul kimi işlədirlər. Bizi adam yerinə də qoymurlar. Deyirlər avtobusu necə oldu sürün, haradan istəyirsiz keçin, amma planı vaxtında çatdırın. Biz istəyirik ki, planda bizə güzəşt olunsun”, - deyə Aftandil Əliyev bildirib.
Sürücülər güzəşt olunmadığı təqdirdə Prezident Administrasiyasına şikayət edəcəklərini də əlavə ediblər. Məsələ ilə əlaqədar “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov ans-ə şikayətlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda plan aşağı salınıb. Onlardan gündəlik 132 manat yox, 120 manat alınır. “Bilirsiniz ki, bu, Bakıda ən yaxşı sərnişin avtobusudur. Sürücülərin şikayəti haqsızdır”, - deyə N.İsmayılov bildirib.
Şirkət rəsmisinin sözlərinə görə, onlara təzyiq olunmur. “Hər bir sürücünün yol vərəqəsində qeyd olunub. Gündəlik 120 manat, yanacağa isə 65 manat xərclənir. Cəmi 23 avtobus var. Avtobusların qrafiki 5 dəqiqə arasında dəyişir. Demokratik ölkədə yaşayırıq. Heç insanları incitmək olar? Bu ayın 10-da planı bir az da aşağı salacağıq”, - deyə N.İsmayılov əlavə edib.
Qeyd edək ki, bu barədə musavat.com hələ əvvəllər məlumat yaymışdı. Sürücülərin dediyinə görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb. “Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürlər. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər” - deyə, sürücülər bildirib. 40 saylı marşrutun sürücüsü deyib ki, hər gün 104 manat plan verir: “Üstəlik, 20 manat əlavə haqq ödəyirəm. Bunun da üzərinə 70 manatlıq yanacağı, yemək-içmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamıq, nə gecəmiz, nə gündüzümüz var. Buna görədir ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarışına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını da kəsiblər”.
İyulun 2-də aldığımız məlumata görə, şirkət rəhbərliyi sürücülərin kütləvi etirazını nəzərə alaraq 40 saylı marşrutun sürücülərinin aylardan bəri verilməyən əmək haqqını ödəyib. Bunun ardınca 1 saylı marşrutun sürücülərinə də problemin aradan qaldırılacağı barədə vəd verilib. 1 saylı marşrutun sürücüsü “artıq tələblərimizin həllinə söz veriblər. Gözləyirik, vədə əməl olunmasa, işi dayandıracağıq” deyib.
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28