Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Rizvan Əliyev Mahaçqalada güllələndi

Dağıstan polisi ötən gecə paytaxt küçələrində reydlər keçirib.

Hüquq mühafizə orqanlarının əməkdaşları sənədlərinin yoxlanılması üçün bir nəfəri saxlayıblar. Hadisə Mahaçqalanın İmam Şamil prospektində baş verib. Şübhəli şəxs onlara müqavimət göstərməyə başlayıb və nəticədə polis onu güllələyib. Öldürülən şəxsin 24 yaşlı Rizvan Əliyev olduğu bəlli olub. Onun üzərinə baxış keçirilərkən silah və qumbara tapılıb. İlkin məlumatlara görə, Rizvan Əliyev 2012-ci ilin aprelindən terror təşkilatlarından birinin üzvü olub.
1509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
18.08.17, 10:00