Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Daha bir əsgəri itirdik

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində ölüb

Ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri bədbəxt hadisə nəticəsində faciəvi şəkildə ölüb. Hadisə Zaqatalada baş verib.

Belə ki, Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Şəmsəddin Nəriman oğlu İsgəndərovu elektrik cərəyanı vurub. Hadisə hərbi qulluqçuun təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib. Elektrik xəttində yaranan qısaqapanma nəticəsində Şəmsəddin İsgəndərov ağır xəsarət alıb. Aldığı xəsarətdən hərbçi hadisə yerində keçinib./ans/
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber