Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Bakıda gecə polislərlə vətəndaş əlbəyaxa oldular

Ötən gecə Bakının Nizami rayonu ərazisində yol polislərilə sürücü arasında insident yaşanıb. Bu barədə “oxu az” saytına məlumat verilib. Məlumatda bildirilir ki, hadisə gecə saatlarında Nizami metrosunun yaxınlığında Şıxəli Qurbanov küçəsində baş verib.

Məlumata əsasən, üç yol polisi maşını əməkdaşları qanuna tabe olmayan sürücünü saxlayaraq onun barəsində müvafiq tədbir görmək istəyiblər. Lakin qanunu pozan sürücü yol polisi əməkdaşları ilə mübahisə etməyə başlayıb və YPX maşınına əyləşməyib. Buna görə polislər kütləvi şəkildə sürücüyə qarşı zor tətbiq edərək onu xidməti maşına əyləşdirmək istəyiblər.

Hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxladıq. Onun verdiyi məlumata görə, yol polisinin əmrinə tabe olmayan sürücülər barədə qanunla tədbirlər görülür.

“Ümumiyyətlə “Yol Hərəkəti Haqqında” qanunu pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilər cəzalandırılır. Həmin sürücü də törətdiyi cinayətə görə cəzalanacaq. Ümumiyyətlə belə davranışlar yol polisinə yox, ümumilikdə cəmiyyətə hörmətsizlikdir. Belə sürücülər təkcə yol polisinin, özünün, həmçinin də vətəndaşların həyatlarını təhlükə altına atırlar”, - deyə V.Əsədov bildirib./ans/
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15