Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

“Bir neçə növ yaxtam var”

Aydın Bəşirovdan maraqlı açıqlamalar

«Məleykə Əsədovanın sənətini bəyəndiyim üçün ona ev vermişəm»

“Azərbaycanda qanun var, Mərkəzi Bank, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi var. Kimin nə ixtiyarı ola bilər ki, qanunsuz nə isə fəaliyyət göstərsin? Mənim işim-gücüm yoxdur ki, gedib bank açım? Bir dənə bankım çatışmırdı!”. Bu sözləri Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin sabiq rəisi Aydın Bəşirov Publika.Az-a müsahibəsində “Merkuri” bankın ona məxsus olması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Aydın Bəşirov həmçinin qeyd edib ki, şəxsi tankeri olması barədə yazılanlar da həqiqətəuyğun deyil: “Bəzi qəzetlər yazır ki, guya mənim oğlumla Mübariz Mədətovun birgə tankeri var, neftə birgə baxırlar və sairə. Yazıblar ki, guya mən Mübariz Mədətovla qudayam. Heç Mübariz Mədətov yazığın qızı yoxdur. Mən onun qızını necə oğluma ala bilərəm? Məgər özbaşınalıqdır? Mənim haradan tankerim ola bilər? Hökumətin tankerləridir. Mənim yalnız yaxtam ola bilər”.
Lakin o, yaxtasının olduğunu etiraf edib: “Əlbəttə ki, yaxtam var. Yaxta kimdə yoxdur ki? Mən həm də Azərbaycan Yelkənli Gəmi Federasiyasının prezidentiyəm. Yaxtam kifayət qədərdir, hətta qohumlarıma da çatar. Mənim bir neçə növ yaxtam var. Bu yaxtalar çempionatlara da qatılır”.
Aydın Bəşirov nəqliyyat naziri Ziya Məmmədovla soyuq münasibətdə olduğu üçün nazirliyinin kollegiya iclaslarına qatılmaması barədə deyilənlərin də əsassız olduğunu iddia edib: “Ziya müəllim mənim dostumdur, biz qardaş kimiyik. Olub ki, Ziya müəllimin iclasına mən getməmişəm, ancaq yerimə müavini göndərmişəm. Biz dostuq, bir yerdə işləmişik, bir əl olmuşuq. Ziya Məmmədov hər zaman mənim hörmətli nazirim olub. Ümumi ölkənin xeyrinə mən hər zaman verilən tapşırıqların icrasına çalışmışam. Mən hər zaman çalışdığım sahənin inkişafına kömək etmişəm və bundan sonra da edəcəm”.
Sabiq rəis aktrisa Məleykə Əsədova ilə tanışlığından da danışıb: “Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə gəldi mənim yanıma xahiş etdi ki, o vaxtı Içərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev. Daha sonra isə həmin evdən balkon çıxarmasına da icazə verdim. Mən Məleykə Əsədovanın sənətini bəyəndiyim üçün ona ev vermişəm. Hətta, toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm”.
2030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı