Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Mursi tərəfdarlarının Misirdə “Qəzəb günü”

Misirdə “Müsəlman Qardaşları” iyulun 3-ü keçmiş prezident Məhəmməd Mursinin hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşmasının bir illiyi ilə bağlı yürüş keçirib. Bu barədə Aljazeera.com xəbər verir.

Mursi tərəfdarları bu günü “Qəzəb günü” adlandırıblar. Onlar Əbdul Fəttah əl-Sisinin prezidentliyini tanımadıqlarını elan edirlər.

Yürüş keçirilməzdən qabaq polislər Karionun mərkəzi küçələrini bağlayıblar. Buna baxmayaraq ölkənin üç şəhərində etiraz yürüşləri keçirilib.

Bundan əvvəl də Mursi tərəfdarları Misirin yeni prezidentinə qarşı etiraz aksiyaları keçiriblər. Onlar bildirirlər ki, Mursi rəsmi formada istefa verməyib, buna görə də Sisinin prezidentliyi qanuni deyil.
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı