Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Ayətullah Nimr bazar ertəsi edam ediləcək

Səudiyyə Ərəbistanı Ayətullah Nimri edam etməklə şiə dünyasına acıq vermək niyyətindədir.

İslam.az-ın "Qatif" Xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ali Səud rejimi Səudiyyə şiələrinin lideri Ayətullah Nimr Baqir ən-Nimr barəsində edam hökmü verib. Hökmün icrası gələn həftənin bazar ertəsi yerinə yetiriləcək.

Bildirilir ki, son zamanlar Suriya və İran məsələlərinə görə ABŞ və BMT ilə siyasi böhran yaşayan Səudiyyə rejimi bütün bu uğursuzluqların əsl səbəbkarının şiələr olduğunu düşünür. Rejim Ayətullah Nimri edam etməklə bütün dünya şiələrindən, xüsusilə də Səudiyyə şiələrindən acıq çıxmaq niyyətindədir.

Bundan başqa, iki ildir həbs olunan, fiziki və mənəvi əzablara düçar edilən Nimrə dünyasını dəyişən həyat yoldaşının dəfn mərasimində iştirak etməyə belə rejim tərəfindən icazə verilmədiyi qeyd olunur.
1910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11