Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

“Ailəmin gözlərinə baxa bilmirəm, ölmək istəyirəm” - Bakı fəhləsi

Keşlə Yük Stansiyasının fəhlələri fəryad edir; burada məmur özbaşınalığı meydan sulayır; işçilər aksiyaya hazırlaşırlar

Keşlə Yük Stansiyasının fəhlələri rəhbərliklə bağlı şikayətlərini yuxarı orqanlara çatdırmaq üçün “Yeni Müsavat” dan kömək istəyiblər. Onlar bildiriblər ki, Yük Stansiyasının fəhlələri olmalarına baxmayaraq, rəhbərlik kənar şəxslərdən rüşvət alaraq, işə başqa insanları cəlb edir. Nəticədə onlar işsiz vəziyyətdə qalıblar. Fəhlələr onu da bildiriblər ki, yaxın günlərdə bununla bağlı aksiya keçirəcəklər.

Keşlə Yük Stansiyasının işçisi Mirzəməmmədov Zaman Nəsir oğlu problemlərinin həll olunmayacağı təqdirdə, ölkə vətəndaşlığından imtina edəcəklərini bildirdi: “Bununla bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsəm də, məhəl qoyan olmayıb. Özüm ali təhsilliyəm. Uzun müddət Rusiyada yaşamışam. İşsizlik probleminə görə, Rusiya səfirliyinə getdim. Azərbaycan polisləri mənə qarşı özbaşınalıq edərək, çölə atdılar. Qanunlarımızı kobudcasına pozurlar. Bu işlərin başında duran Keşlə Yük Stansiyasının rəhbəri Maarif müəllim, köməkçiləri Camal, Zaman, stansiyada işləyən polislər Asif və Sənandır. İnanıram ki, bu qanunsuzluqlar öz ədalətli həllini tapacaq. Maarif müəllim mənə açıqca “get kimə şikayət edirsən et, Azərbaycanda qanun bizik”, dedi. Ölkəmizdə yaşamaq hüququmuzdur. Ölkə rəhbərliyinin hər bir vətəndaşın haqqını qorumaq vəzifə borcudur. Prezidentimizin Əmək müqaviləsi haqqında sərəncamı var. Bu sərəncamı, Maarif kimiləri başda olmaqla, pozurlar. Cənab prezident, xahiş edirəm ki, bizə kömək olun. Aylıq 50 manat kirayə haqqını belə verə bilmirəm. Rəhbərlikdən tələb edirik, qanunsuz əməllərindən əl çəksin. Əks təqdirdə stansiyanın qarşısında aksiya keçirəcəyik. Problemlərimiz yenə həll yolunu tapmasa, Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətində qalacağıq və imtina edəcəyik”.

Yük Stansiyasının fəhləsi Əmanov Rəşad Xeyrulla oğlu ailəli olduğunu və onları dolandıra bilmədiyinə görə, intihar etmək dərəcəsinə gəldiyini söylədi: “Keşlə Yük Stansiyasında acınacaqlı vəziyyətdir. Oranın qeydiyyatında olsaq da, bizə iş verilmir. Hər kəs öz adamını gətirib, işə qoyur. Maklerlər hər ay ora 300-400 manat rüşvət verib, öz adamlarını gətirib işə qoyurlar. Biz isə acımızdan ölürük. Ailəliyəm, iki övladım var. Ailəmi atamın evinə qoyub, guya ki, pul qazanmağa gəlmişəm. Burda da iş yoxdur. Sizdən xahiş edirik ki, şikayətlərimizi yuxarı orqanlara çatdırmaqda bizə kömək edəsiniz. Yuxarı orqanlar korrupsiyanın, rüşvətin olmadığını deyirlər. Amma biz rüşvətə görə iş tapmırıq. Prezidentimizə müraciət edib, xahiş edirəm ki, bizə kömək olsun. Ailəmin acından ölməsinə göz yummasın. 14 ildir ki, orada işləyirəm. Boşaltdığımız vaqonun qiyməti 600 manatdır. Amma bizə 150 manat verirlər. Bu pul isə 8 nəfər arasında bölüşdürülür. Xahiş edib, yalvarıram ki, bizə hər kəs kömək etsin. Ailəmin gözlərinə baxa bilmirəm. Belə həyat olmaz. Artıq ölüm mənim üçün adi olub. Elə bir həddə gəlmişəm ki, özümü öldürmək istəyirəm”.

Fərzəliyev Turqut Rəfail oğlu 4 aydır ki, Bakıda olduğunu, bu aylar ərzində cəmi 4 dəfə stansiyada ona iş tapşırıldığını diqqətimizə çatdırdı: “4 aydır ki, Bakıdayam. Cəmi 4 dəfə işləmişəm. İnsan deməyə söz tapa bilmir. Gəldiyim gündən şəxsiyyət vəsiqəmi aldılar. İndi özümə də qaytarmırlar. Nə də işləməyə imkan vermirlər. Açıq-aşkar adımıza gələn iş kartlarını əlimizdən alıb, vermirlər. Bilmirik ki, nə qədər maaşımız var. Qəzetiniz vasitəsilə prezidentimizdən xahiş edirəm ki, bizə kömək etsin. Bu qədər ədalətsizlik olmaz. Axı bizdə insanıq”.

Sonda fəhlələr Keşlə Yük Stansiyasının fəhlələrinin şəxsiyyət vəsiqələri, iş kartlarının alındığını və geri qaytarılmadığını bildirdilər.
1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP