Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Azərbaycanın iki hərbçisi yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycanın iki hərbçisi yaralanıb -

Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində, 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.

İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır./apa/
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP