Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Bakıda məşhur şirkətə basqın edildi

“Gilan-Aqro” MMC-nin ofisindən 60 min manat, 4 000 dollar apardılar

Bakıda məşhur şirkətə basqın olub. “Gilan-Aqro” MMC-nin ofisindən içərisində külli miqdarda pul olan seyf aparılıb. Cinayət ötən gecə saat 04 radələrində Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən Boks Federasiyasının binasında törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, iki naməlum şəxs federasiyanın inzibati binasının ikinci mərtəbəsində yerləşən “Gilan-Aqro” şirkətinin mühafizəçisinə hücum edib. Mühafizəçi İntiqam Axundovu yaralayaraq əl-qolunu bağlayıblar. Sonra isə şirkətin mühasibatlıq otağına keçərək oradan içərisində 60000 manat, 4 000 dollar olan seyfi aparıblar./milliaz/
1256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber