Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Türk TIR sürücüləri İraqa getməyə davam edir

Bu insanlar “çörək pulu” üçün həyatlarını təhlükəyə atırlar

Türkiyəli TIR sürücüləri son baş verən hadisələrə və həyatlarının təhlükəyə düşməsinə baxmayaraq İraqa səyahət etməkdən əl çəkmirlər. İraq ölkənin ixracat bazarında ikinci yerdədir və yaşanan müharibəyə baxmayaraq gün ərzində yüzlərlə yük daşıyan maşın sərhəddi keçir. Türkiyə-İraq sərhəddindən sujet hazırlayan Əl-Cəzirə müxbiri Bernard Smit hadisədən təəccübünü gizlədə bilmir. O çörək pulu dalınca təhlükəli səyahətə çıxan sürücülərdən birinin yolunu gözləyən ailəyə də baş çəkib.

Xəbər verdiyimiz kimi 10 iyunda Mosulda İŞİD tərəfindən qaçırılaraq girov götürülən 32 türk sürücüsü geri qaytarılsa da, ANS PRESS-in məlumatına görə, TIR-ları geri qaytarılmayıb. Girov düşən sürücülər azad olunduqdan sonra mətbuata açıqlama veriblər. Sürücülərdən Serdar Bayraq bildirib ki, girovda olduqları zaman İŞİD döyüşçüləri onları düşərgəyə aparıblar.

Digər sürücü Ökkeş Şən isə girov tutulduqları 23 gün ərzində ölüm qorxusu ilə yaşadıqlarını söyləyib. Türk sürücülər bu gün axşam saatlarında Türkiyə sərhədindən keçərək öz vətənlərinə qayıdacaqlar.

11 iyunda İŞİD tərəfindən qaçırılan içərisində diplomatik heyət də olan 49 türkdən bu günə kimi bir xəbər yoxdur./ans/
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05
"Döydülər, ay