Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Türkiyə naxçıvanlı gömrük rəisini azad edir

Gömrük-keçid məntəqəsinin rəisinin təhvil verilməsi üçün sənədlər tamamlanır

Türkiyədə saxlanılan Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Azərbaycana təhvil veriləcək.

Azərbaycanın Qarsdakı Baş konsulluğundan verilən məlumata görə, 2013-cü ilin dekabrında Türkiyədə saxlanılan Mirməhəmməd Seyidovun Azərbaycana təhvil verilməsi üçün sənədlərin hazırlanması tamamlanmaq üzrədir.

Qeyd edək ki, Mirməhəmməd Seyidov dekabr ayında Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanılmışdı./ans/
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP