Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

İŞİD-in dağıstanlı terrorçusu Bakı aeroportundan yoxa çıxdı

Dağıstan sakini Azərbaycanda polislər tərəfindən saxlanıldıqdan sonra yoxa çıxıb.

Bu barədə həmin şəxsin arvadı məlumat yayıb. Bildirilir ki, Dağıstanın Məhərrəmkənd rayonunun sakini Elbrus Qəribov iyunun 21-də Bakı aerportunda saxlanılıb və bu günə qədər onun barəsində məlumat yoxdur. Məsələnin mühüm tərəfi budur ki, Elbrus Qəribov Suriyada “İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının tərkibində döyüşüb. Onun arvadı Əminə Txakaxova bildirib ki, ərinin taleyi ilə bağlı heç bir informasiya ala bilmir. Dağıstanın hüquq-mühafizə orqanlarında da onun saxlanıldığını təsdiqləmirlər. Bununla belə “Kavkazskiy uzel” portalına məlum olub ki, Qəribov Suriyada gedən döyüşlərin iştirakçısı kimi axtarışa veerilmişdi.

Məlumata görə Bakı aerportunda saxlanılarkən Elbrus Qəribov arvadı və azyaşlı qızı ilə birlikdə olub. Qadının bildirdiyinə görə onlar Bakıya İstanbuldan gəlmişdilər. Azərbaycana gəlməkdə məqsəd qızlarının müalicəsi olub. “Qeydiyyat zamanı mənim ərimi saxladılar və məsələni aydınlaşdırmaq üçün polis məntəqəsinə apardılar. Daha sonra bildirdilər ki, onu MTN-ə təhvil veriblər. İki həftədən çox vaxt keçsə də ərimdən xəbər yoxdur. Bir həftə əvvəl Elbrusun atası Bakıya getmişdi, ancaq o, oğlunun yerini müəyyənləşdirə bilməyib. Bizə heç bir məlumat vermirlər, deyirlər ki, belə adam Bakıda yoxdur” deyə Əminə Txakaxova bildirib.MTN isə həmin şəxsin saxlanılmasını şərh etmir. Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə isə bildirib ki, Qəribovun adı 2013-cü il avqustun 8-də Suriyada döyüşmək üçün Rusiyanı tərk edən şəxslərin siyahısında yer alıb./xəbərdar/
1138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34