Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Sarkozi Qəzzafidən 50 milyon avro aldığını boynuna almır

Fransanın sabiq prezidenti Nikolya Sarkozi özü ətrafındakı qalmaqaldan danışıb.

O, keçmiş Liviya diktatoru Müəmmar Qəzzafinin sağlığında olduğu kimi ondan pul aldığını indi də inkar edib. Deyib ki, Liviyanın keçmiş liderindən bir qəpik də olsa pul almayıb. Sarkozi hesab edir ki, barəsində deyilənlər onun iki ay sonra partiyasından növbəti prezidentliyə namizədliyinin irəli sürülməsi tədbirinə bir maneədir.
Fransanın keçmiş prezidenti N.Sarkozi şam etdiyi restorandan çıxarkən öz tərəfdarları ilə görüşüb, dəstəyə görə təşəkkür edib: "Mən siyasi oyunlar qarşısında aciz qalan bir insan deyiləm".
N.Sarkozi korrupsiya ittihamı ilə dindirilməsi, məhkəməyə sövq edilməsi iddialarına da cavab verib.
Özünü müdafiə üçün Fransanın “TF 1” və “Europe 1” radiosuna müsahibəsində Sarkozi baş verənləri siyasi oyun adlandıraraq şokda olduğunu deyib. Sabiq prezident məhkəmənin siyasətə alət edilməsini və 16 saata yaxın dindirilməsini sui-qəsd olduğunu düşünür. Sarkozi hesab edir ki, barəsində məhkəmə iddiası qaldırılıbsa, deməli, hansısa dəlillərə malikdirlər, lakin o, dövlətçilk əleyhinə çıxmadığı vurğulayıb.
Sarkozi deyir ki, haqqında mənfi bir imic formalaşdırılmağa çalışılır: “Mən fransızların etibarına əsla xəyanət etmədim. Bir səhvim olsa, məsuliyyətimi dərk edirəm. Sentyabr ayından bu yana ən özəl telefon danışıqlarımın dinlənilməsi normaldırmı? Dindirilmənin arxasında məni hörmətdən salmaq niyyəti var”.
Sarkozi "2017-ci ildə yenidən prezidentliyə namizəd olacaqsınızmı" sualına "Ölkəmə xidmət etməkdən əsla geri çəkilməyəcəm, avqustun sonu, sentyabrın əvvəli prezidentliyə namizədliklə bağlı qərarımı verəcəm" cavabını verib.

Sarkozi hazırda müxalifətdə olan “Xalq Hərəkatı Naminə İttifaq” partiyası sədrliyinə iddialıdır. Keçmiş prezident və vəkili Tyerri Erzoq prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyası zamanı Liviyanın sabiq prezidenti Müəmmar Qəzzafidən 50 milyon avro maliyyə yardımı almaqda ittiham olunur. Bu fakt Sarkozinin vəkili ilə telefon danışığı zamanı üzə çıxıb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./ans/
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi