Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Aslan İsmayılov ittihamlara cavab verdi

Tanınmış vəkil Aslan Ismayılov qətldə ittiham olunmasına münasibət bildirib. O, səslənən iddialar barədə facebook səhifəsində yazıb: “Məhkəmə iclasında haqqımda səslənən iftiraları bir çox mətbuat orqanları manşet xəbərlərə çevirdi.

Məni az qala ”peşəkar qətl sifarişçisi" kimi qələmə verdilər. Iki gündür yüzlərlə insan bu barədə mənə sual verirlər. Mətbuata açıq insan olsam da bu yanaşmanı özünə hörmət edən heç bir mətbuat orqanına yaraşdırmıram. Zəng edənlərin əksəriyyəti baş verənlərin hakimiyyətin təxribatı olduğunu düşünür. Bu hakimiyyət o qədər qanunsuzluq edib ki, artıq hər bir yaramazın yaramaz hərəkətini də hakimiyyətin ayağına yazırlar. Baş verənlərdən tam məlumatlı olduğumdan bildirirəm ki, bu hadisədən hakimiyyətin heç bir xəbəri yoxdur. Hakimiyyətin mənə mənfi münasibətini bilsəm də haqsızlığa yol verilməsini istəmirəm.

Bu müddət ərzində susmağımın isə bir açıqlaması var. Insanın əsaslı yaxud əsassız ittihamlarına cavab verərlər. Insan simasını itirmişlərə isə vaxt sərf etməzlər.

Bununla belə bu murdarlıqlar məhkəmə zalında səsləndiyindən elə orada da münasibətimi bildirəcəm. Maraqlı olanlar baş verənlərin kökündə nəyin durduğunun şahidi olacaqlar.

Növbəti məhkəmə iclası 7 iyul saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə olacaq".

Qeyd edək ki, qətlə yetirilən həkim Savid Həmişəyevin atası Zaməddin Həmişəyev məhkəmədə ifadə verərkən iddia edib ki, oğlunun qətlində Aslan Ismayılovun da suçu var.
1390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:47