Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Rusiyada aksiyada Amerika bayrağı yandırıldı

ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluğunun qarşısında ruslar aksiya keçirib.

ABŞ-ın Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulluğunun binası qarşısında keçirilən aksiyada Amerika əleyhinə şüarlar səsləndirilib.
Millətçi “Druqaya Rossiya” təşkilatının fəalları aksiyada bildiriblər ki, ruslar etirazlarını ABŞ-ın Ukrayna ilə bağlı siyasətini pisləyiblər.
Onlar hesab edib ki, Ukraynada baş verənlər ABŞ tərəfindən qızışdırılır.

Aksiyada konsulluğun binasına tərəf tüstülü partlayıcılar atıblar.
Etiraz edənlər ABŞ-ın dövlət bayrağını yandırıblar və konsulluq binasının həyətinə “Yankilər evinizə rədd olun! “ “Novorossiya”dan əllərinizi çəkin!” yazıları olan vərəqlər tullayıblar. Aksiya iştirakçılarından 1 nəfər saxlanılıb.
Qeyd edək ki, 4 iyul ABŞ-ın müstəqillik günüdür.
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38
Rus