Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Seyid Musərza Heydərov və 3 dindara cinayət işi açıldı

Bu barədə İslamazeri.az-a məlumat verilib.

Hacı Tale Bağırovun 28 oktyabrda keçirilmiş məhkəməsində yaranmış insident zamanı saxlanılan dindarlardan 4-nə cinayət işi açılıb.

Onlar Hacı Seyid Musərza Heydərov, Nail Rəşidov, Alim Rahibzadə və ehtimal olunur ki, Məhərrəm Süleymanovdur. Onların barəsində Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (Polisə zor tətbiq edilməsi) cinayət işi açılıb. Onların hər birinə 2 ay həbs-qətimkan tədbiri seçilib.

Qeyri-rəsmi məlumatlara görə Musərza Heydərov baş vermiş ixtişaşa rəhbərlik etməkdə də ittiham olunur.

Hacı Seyid Musərza Heydərov Əlyazmalar İnistutunun elmi işçisidir. O həmçinin elmlər namizədi, çox sayda elmi məqalələrin sahibidir.

Məhərrəm Süleymanov isə məhkəmədə iştirak etməmiş, qardaşının 13-cü polis bölməsinə aparıldığından xəbər tutandan sonra bölməyə yaxınlaşmış və həbs olunmuşdur.
1789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber