Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Azərbaycan ukraynalı olimpiya çempionunu milliləşdirir

Ukraynanın avarçəkmə üzrə Olimpiya çempionu İnna Osipenko-Radomskaya millidən imtina edib.

Bu barədə “VQolos” agentliyi məlymat yayıb. İdmançının öz hesabına məşq etməkdən bezdiyi və Azərbaycana gələrək, yaxın günlərdə yerli federasiya ilə müqavilə bağlayacağı bildirilir:

“Təəssüf ki, Ukraynada öz hesabına məşq etməli olursan. Vədlər eşitməyə səbrim çatmır. Rio-de-Janeyrodakı olimpiadada artıq Azərbaycanı təmsil edəcəm”, - deyə idmançı bildirib.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya 2008-ci ildə Pekində keçirilən Olimpiadada qızıl medala layiq görülüb.
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber