Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Qolları olmayan sürücü yol polisini şoka saldı – Fotolar

Çin Xalq Respublikasının Urumçi vilayətində avtobanlardan birində xidmət edən yol polisləri indiyədək görmədikləri hadisə ilə üzləşiblər.

Onlar yol hərəkəti qaydalarını pozan avtomobillərdən birinə dayanmağı əmr ediblər. Sürücüyə yaxınlaşıb sənədləri istədikdə heyrətdən donublar. Sürücü sənədləri polisə ayaq barmaqlarında tutaraq uzadıb.  Sən demə, Kxan Juy adlı sürücünün qolları yerli-dibli olmayıb, o, avtomobili də elə ayaqları ilə idarə edirmiş.

Üstəlik, Kxanın sürücülük vəsiqəsi də yoxmuş. Bu səbəbdən, Kxanın avtomobili cərimə meydançasına aparılıb.

Polis deyib ki, vəsiqə olsaydı, sürücü avtomobili lap bir ayağı ilə də sürə bilərdi. Amma Kxanın vəsiqəsinin olmaması artıq qanun pozuntusudur.


1767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP