Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Gülər Əhmədovanın məhkəməsi başlayır

Bu gün Milli Məclisin eks-deputatı Gülər Əhmədovanın məhkəməsidir.

Sabiq deputatın növbəti məhkəmə prosesi saat 10:30-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə keçiriləcək. Prosesdə sabiq deputat özü də iştirak edəcək.

G.Əhmədovanın bundan öncəki prosesdə səhhəti pisləşdiyi üçün məhkəmə təxirə salınıb. Vəkil Əfsər Talıbovun sözlərinə görə, Gülər Əhmədova prokurorun suallarını cavablandırmalı olsa da, müvəkkilinin sağlamlıq səhhəti qəfil pisləşdiyindən o, sualları cavablandıra bilməyib.

Xatırladaq ki, sabiq millət vəkili Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.
2017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:16