Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2014

Ukrayna ordusu itki verdi: 9 ölü

Döyüşlərdə 13 hərbçi yaralanaraq xəstəxanalara yerləşdirilib

Ukraynanın cənub-şərq vilayətlərində gedən döyüşlərdə ordu qüvvələri itki verib.

Ukrayna mətbuatı yazır ki, bu gün günorta saatlarından sonra etirazçılar fəallaşıb. Ordu qüvvələri ilə rusiyameylli silahlılar arasında gedən döyüşlərdə 9 hərbçi ölüb, 13 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ukraynanın Luqansk və Donetsk vilayətlərində keçirilən antiterror əməliyyatları zamanı 197 hərbçi ölüb, 655 nəfər isə yaralanıb.
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi