Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

İşğalçı İsrail əsgərləri izdihama atəş açıb

Qüdsdə fələstinli gəncin dəfnində İsrail əsgərləri izdihama atəş açıb

Qüdsün şərqində 17 yaşlı fələstinli - iki gün əvvəl meyiti aşkarlanmış Muhəmməd əbu-Hideyrin dəfn mərasimi keçirilib.

Dəfn mərasiminə minlərlə insan qatılıb.

Onun nəşi Fələstin bayrağına bürünərək Qüdsün bütün küçələrində gəzdirilib. Yeniyetmə şəhid kimi torpağa tapşırılıb. 17 yaşlı oğlanın meyitinin iki gün əvvəl yanmış vəziyyətdə aşkarlayan polis onun cəsədini ailəsinə vaxtında təslim etməyib. Onun ölümünün səbəbləri barədə hələ də açıqlama verilmir.

Yeniyetmənin qətl edildiyi gündən Qüdsdə vəziyyət gərginləşib. Fələstinlilər qətldə sionistləri günahlandırır və İsrail polisi ilə qarşıdurmalara gedirlər. İşğalçı İsrail polisi isə atəşlə cavab verir. Atəş səsləri hətta dəfn mərasimi zamanı da eşidilib. Fələstinlilər bu qətlin qondarma İsrail hökumətinin bundan bir neçə gün öncə 3 yəhudinin intiqamının alınması məqsədilə törədildiyini iddia edirlər./apa/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:56
“Korrupsioner hakimiyy