Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Tikrit şəhəri İŞİD terrorçularından geri alınıb

İraq ordusu könüllülər ilə birgə Tikrit şəhərini İŞİD (“İraq Şam İslam Dövləti”) terrorçularından azad edib.

İTAR-TASS-ın verdiyi xəbərə görə, İraq hərbi komandanlığının nümayəndəsi Qasım Atta bildirib ki, əməliyyat nəticəsində Tikrit yaxınlığında yerləşən Aluca yaşayış məntəqəsi də yaraqlılardan təmizlənib.

Onun sözlərinə görə, Samirə və Aluca şəhərini birləşdirən 50 km-lik magistral yol da terrorçulardan azad edilib.
1251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber