Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Qardaşlardan birinin cəsədi tapıldı

Axtarışlar səbəbindən Ceyranbatana gedən kanala suyun verilişi dayandırılıb

Siyəzəndə kanalda batan iki qardaşdan birinin cəsədi tapılıb.

Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyevin verdiyi məlumata görə, 12 yaşlı Zəkiyev Rəvan Seyfulla oğlunun cəsədi gecə saat birdə kanaldan tapılaraq çıxarılıb.

Onun sözlərinə görə, qardaşların axtarışlarını həyata keçirmək üçün Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanala suyun verilişi dayandırılıb. Hazırda isə 13 yaşlı Zəkiyev Elnur Seyfulla oğlunun axtarışları davam edir.

Qeyd edək ki, dünən axşam saat 19:30 radələrində iki azyaşlı qardaş Zəkiyev Elnur Seyfulla oğlu və Zəkiyev Rəvan Seyfulla oğlu Siyəzəndə Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanalda batmışdı./ans/
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20
Çör