Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

“Əməkdaşlıq etməyə hazıram, amma bir şərtlə....”

Elşad Abdullayev: “Əməkdaşlıq etməyə hazıram, amma bir şərtlə....”

Elşad Abdullayev Gülər Əhmədovanın işini aparan hakimə müraciət etdi

““Bu, hüquqi anlamda işi bataqlıga atmaqdır”


ABU-nun sabiq rektoru Elşad Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanova müraciət edib.

E.Abdullayev müraciətində bildirib ki, bu günə qədər G.Əhmədovanın cinayət əməlləri hüquqi baxımdan düzgün tövsif olunmayıb. Onun yazdığına görə, hazırda G.Əhmədova Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunub: “Şəxsən mən bu maddə ilə razı deyiləm. Nəzərə alınsa ki, onun mənə qarşı MTN zabiti Mahir Abdullayevin ogurlanması, Azərbaycan Beynəlxalq Universitetini bilavasitə məndən tələb etməsi və deputat seckiləri ilə əlaqədar cnayət əməlləri hədə-qorxu ilə xarakterizə olunması onun əməllərinin dələduzluq cinayəti kimi tövsif olunması ilə razılaşmaq olmaz.


Bir hüquq professoru kimi hesab edirəm ki, onun əməli hədə- qorxu gəlməklə rüşvət alma kimi tövsif edilməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsinin qeyd bəndi). Bu zaman, Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 31-35-ci maddələri ilə cinayətdə iştirakçılığı müəyyən edilməlidir. Onun cinayət əməllərində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi-adam oğurluğu və Cinayət Məcəlləsinin 110-cu maddəsinin tərkibi - insanları zorakılıqla yoxa cıxarma kimi cinayətlərdə öz əksini tapması hüquqi zərurətdir”.

Sabiq rektor yazıb ki, əsas şahid Sevinc Babayevanın “qətlə yetirilməsinə görə” də G.Əhmədovanın cinayətləri (CM-in 307-ci maddəsi) düzgün tövsif edilməyib: “Cinayət qanunvericiliyinə görə, əsas fakt qətlə yetirilmiş əsas şahid Sevinc Babayevanın yaxınlarının ifadəsidir. Anası təsdiq edir ki, qızımı Gulər Əhmədova öldürübdü. Öğlu Ayxan Məmmədov KİV-də bəyanat verir ki, anasını Gülər Əhmədova öldürübdür, başqa saxta pasportla Turkiyədə gizlədibdir. Bu günə qədər Gülər Əhmədovanın əməlində olan - ”Qəsdən adam öldürmə" kimi cinayət əməlinə hüquqi qiymət verilməyib. Bundan başqa, ekspertin rəyini saxta hesab edirəm".

E.Abdullayevin yazdığına görə, bu günə qədər Gülər Əhmədovanın cinayətdə iştirakının statusu müəyyən edilməyib. Sabiq rektor yazıb ki, prokurorluq orqanları tərəfindən G.Əhmədovanın cinayətlərinə yalnız dələduzluq cinayəti kimi hüquqi qiymət verilməsinin başlıca məqsədi cinayətin digər subyektlərinin gizlədilməsinə xidmət edir: “Məlumdur ki, Gülər Əhmədova tək bu boyda sosial təhlükəli cinayətləri edə bilməzdir. Beynəlxalq təşkilatların hesabatlarında hər il qeyd edilir ki, Azərbaycanda cinayətin kiçik bir fiquru həbs edilir. Amma nə cinayəti icra edənlər, nə də ki sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunmurlar. Bəs cinayətin digər iştirakçıları harada qaldı?”

E.Abdullayev həmçinin qeyd edib ki, ona qarşı G.Əhmədovanın cinayət əməlləri aşağıdakı kimi xarakterizə olunur: “Birincisi, rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət vermişdir. Belə ki, ictimailəşmiş videofaktlar müəyyən edir ki, mütəşəkkil cinayətkar təşkilat dövlətin gücündən istifadə edərək ABU rektoru Elşad Abdullayevin qardaşını oğurlayıb qorxudaraq və qara yaxaraq ondan deputat Gülər Əhmədovanın vasitəsilə Azərbaycan Beynəlxalq Universitetini ələ kecirmək və külli miqdarda pul tələb etmişdir. Digər qardaşım-elmlər namizədi Eldəniz Abdullayevi Ramiz Mehdiyevin ”Qurd qapısı" restoranında zəhərləyib şikəst etdilər. Mütəşəkkil cinayətkar təşkilat ABU rektoru Elşad Abdullayevi telefon vasitəsilə qardaşı Mahirə işgəncə verərək qışqırdıb pul və ABU-nu tələb edirmiş, əks təqdirdə, onu da öldürməklə təhdid etmişlər". Mənim həyatım ücün hədə-qorxu elə bir həddə çatdı ki, dogma vətənim Azərbaycanı tərk etmək məcburiyyətində qaldım. Cinayətin 10 yaxın əsas şahidi izsiz-tozsuz yox edildi, bir sıra yaxın qohum-əqrəbam stresdən dünyasını dəyişmişdir. Video-faktlar sübut edir ki, mən və yaxın qohum-əqrəbam dövlt terrorunun qurbanı olub".

Sabiq rektor yazıb ki, rüşvət verən rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Son 10 il müddətində müntəzəm olaraq müvafiq orqanlara müraciət etdiyini vurğulayan E.Abdullayev həmçinin bu məsələnin media və beynəlxalq təşkilatların diqqətində olduğunu deyib: “Beynəlxalq ekspertlərin fikrincə, bir videofaktın obyektiv araşdırılması kifayətdir ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunsun. Üçüncüsü, mənə qarşı hədə - qorxu bu gün də açıq-aşkar davam edir. Belə ki, dövlətin gücündən istifadə edən qarşı tərəf- Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın sifarışı ilə KİV-də ABU rektoru Elşad Abdullayevə qarşı qara yaxaraq, hədə-qorxu gələrək minlərlə təhdidedici məqalələrdən və videomateriallardan istifadə edilmişdir”.

Sabiq rektor prokurorluğun onu bu iş üzrə zərərçəkmiş kimi tanımamasına da münasibət bildirib. Yazıb ki, onun bu barədə verdiyi vəsatət qanunsuz olaraq təmin edilməyib və məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edib: “Sizdən bir daha tələb edirəm ki, mənim zərərçəkmiş şəxs kimi tanınmam barədə vəsatətimi qanuna müvafiq qaydada həll edəsiniz. Belə çıxır ki, mən mütəşəkkil cinayətkar təşkilata yalvararaq ”könüllü" olaraq rüşvət vermişəm. Cinayətin bilə-bilə belə qiymətləndirilməsinin başlıca məqsədi əsas cinayətkarın ifşa olunmasının qarşısının alınması və Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın digər daha təhlükəli subyektlərini cinayət məsuliyyətindən yayındırmaqdır".

Sabiq rektor sonda qeyd edib ki, Müstəqil İstintaq Komissiyası 1 il 26 gündür fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfər belə adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmayıb: “Adam oğurluğu faktının ortada olmasına baxmayaraq, bir sıra mütəşəkkil cinayətkar təşkilatın üzvü yalnız Gülər Əhmədova kimi cinayətdə dələduz kimi cinayət işi acilmışdır. Bu isə hüquqi anlamda işi bataqlıga atmaq kimi bir şeydir. Məlumdur ki, əməlin dələduzluq kimi qiymətələndirilməsi cinayətin digər əsas iştirakcılarını gizlətməyə xidmət edir. Mən qardaşımın həyatını qurtarmaq məqsədilə onlara hədə-qorxu və məcburiyyət qarşısında qalıb pul vermişəm, insan həyatını qurtarmaq mənim üçün hər şeydən üstün olmuşdur. Mən bunu absurd hesab edirəm. Əgər bu, Gülər Əhmədovanın işində də təkrar olunacaqsa, istintaqla heç bir əməkdaşlıq etməyəcəm. Ona görə də əgər obyektiv və ədalətli istintaq aparırsınızsa, məni zərərçəkmiş şəxs kimi tanıyın, bundan sonra istintaqa ifadə verməyə hazıram. Əks halda, bir hüquq professoru kimi hesab edirəm ki, siz Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərirsiniz”./Müsavat/
2159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17