Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Vətəndaş qaz xəttinə görə evinə girə bilmir

Xəzər rayonu, Binə qəsəbəsi, 309 saylı sahədə yaşayan İlyas Babayev yaşadığı ünvandan keçən küçədə qaz xəttinin evinə giriş-çıxışına mane olduğunu deyir.

Qaz xətti yenilənərkən yeri dəyişdirilmədiyindən bu ilin 30 aprelində xəttin evin qapısı üzərindən çəkilməsi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Qurum bu işi özü həyata keçirmədiyindən müqavilə əsasında əməkdaşlıq etdiyi “Qlobal servis” MMC-yə tapşırıb. Elə hər şey də bundan sonra başlayıb. Həyətyanı sahədəki digər qonşuları kimi qaz xəttini evinin üstündən çəkdirmək istəyən İlyas Babayev adıçəkilən cəmiyyətə üz tutub. Görülən iş müqabilində ondan banka 1250 AZN köçürməsi tələb olunub, üstəlik pulların nəyə və hara xərclənəcəyi deyilməyib./ans/
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22