Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Güllələnən polis polkovnikindən xəbər var

Suraxanı Rayon Polis İdarəsinin güllə yarası alan rəis müavini Akif Nəzərov hələ də işə çıxmır.

Bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat veriblər. Bu il fevralın 23-də güllə yarası alan rəis müavininin müalicəsini ev şəraitində davam etdirdiyi bildirilib.

Ağır yaralanan rəis müavini bir müddət Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alıb.

Nə baş vermişdi?

2014-cü il fevral ayının 23-də Bakının Sabunçu rayonunda həyətlərindəki qanunsuz tikiliyə etiraz edən 1955-ci il təvəllüdlü Akif Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Əlipaşayev ağır yaralanmış, 1990-cı il təvəllüdlü Fərid Qədirov isə aldığı güllə xəsarətlərindən xəstəxanada vəfat etmişdi.

Hadisəyə səbəb əvvəllər məhkum olunmuş Gülağa Lətifovun müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparması olub. Onun bu hərəkətləri ərazidə yaşayan sakinlərdə narazılıqla qarşılanıb və yaranmış münaqişədə G.Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.

G.Lətifov həbs olunub, barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır. /axar/
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber