Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

“Verdiyiniz hər bir sifarişli qərara görə gələcəkdə cəza alacaqsız”

Ömər Məmmədovun məhkəmədəki son sözü – tam mətn
İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Ömər Məmmədovun məhkəməsi davam edib. Gənc bloqqer məhkəmədə son söz söyləyib. Musavat.com Ö.Məmmədovun məhkəmədə söylədiyi son sözün tam mətnini təqdim edir.

Ö.Məmmədov öncə onu bildirib ki, ona qarşı yönələn heç bir ittihamı qəbul etmir və özünü təqsirli saymır. Daha sonra isə həbsinin səbəblərindən yazıb: “Qısaca həbs olunma səbəbim haqqında danışmaq istərdim. Belə ki, “facebook”-da idarəçisi olduğum “Heydər Əliyev adına səhifə” və “AzTv-dən seçmələr” səhifələri hakimiyyəti kəskin formada tənqid edən səhifələrdən biri idi. Qısa bir zamanda “facebook”-da məhşurlaşan həmin səhifənin paylaşımlarını təqribən 30.000-dən 60.000-ə qədər istifadəçi görə bilirdi. Mən, həbs olunmamışdan 3 gün öncə “facebook”-un mənə verdiyi rəsmi məlumata görə 1 ay ərzində “AzTv-dən seçmələr” səhifəsi 500.000 müxtəlif “facebook” istifadəçisini məlumatlandırırdı. Bu rəqəm də görünür ki, hakimiyyətin rəsmi nümayəndələrini qıcıqlandırıb.
Əslində həbsim 2013-cü ilin noyabr ayının 22-də olmalı idi. Həmin gün təhsilimlə bağlı xaricdə olduğumdan, məni deyil atamı Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinə aparıblar. Elə oradan da mənimlə telefon əlaqəsi yaradan məlum idarənin yüksək rütbəli məmuruna “atamı rahat buraxın yanvarın 20-si Bakıya gələcəm” dedim. Söz verdiyim kimi, 2014-cü il yanvar ayının 20-də Bakıya geri qayıtdım. Bir gün sonra, yəni 21 yanvar səhər saat 8-də Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin işçiləri yaşadığım evə gələrək məni idarəyə apardılar. Sizcə qəribə deyilmi?! 14 saat idi ki, Bakıda idim.
Bəli, mən həbs olunacağımı bilə-bilə ölkəyə geri dönmüşəm. Bu seçimimə görə də qətiyyən peşman deyiləm. Saxlanıldığım zaman Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinin əməliyyat qrupuna rəhbərlik etmiş Xəyal Nəsibov məhkəmədə ifadə verdiyi zaman, guya ki, mənim artıq 10 gün idi ki, Bakıda olduğum və narkotik vasitələrin satışı ilə məşğul olduğum haqqında məlumat aldıqlarını, sonradan həmin ünvanda axtarış aparılarkən məlumatın doğruluğunun təsdiqləndiyini qeyd edib. Vəkilim Xaliq Bağırovun məhkəməyə təqdim etdiyi sübutlarda da mənim Bakıya həbs olunmamışdan 3 gün əvvəl gəldiyim öz təsdiqini tapır. Həmçinin iş üzrə şahid qismində dindirilən məlum idarənin əməkdaşı Xəyal Nəsibovun ifadəsi zamanı qeyd etdiyi ünvan – Sülh küçəsi ev 1B ünvanında artıq uzun müddətdir ki, yaşamıram. Buradan bu qondarma cinayət işi üzərində baş sındıran hüquq-mühafizə orqanlarının əməkdaşlarına da öz salamlarımı göndərirəm. Gələn dəfə belə bir komediya ssenarisi hazırlayanda onlara daha diqqətli, daha məntiqli və daha kreativ olmağı məsləhət görürəm”.

Gənc fəal məhkəmə işinin gedişi barədə də danışıb: “Bəri başdan söyləyim ki, hər dəfə saxlandığım istintaq təcridxanasından məhkəməyə gətirilərkən içimdə heç bir inam və ya ümid hissi olmur. Orada hər hansısa bir ədalətli qərarın çıxarılacağını gözləmirəm. Sadəcə buraya dostlarımı və valideynlərimi görmək üçün gəlirəm. Bir növ bura mənim üçün artıq görüş yerinə çevrilib. Hüququn aliliyinin qorunmadığı bir məmləkətin məhkəməsindən ədalət gözləmək axmaqlıqdan başqa bir şey deyil. Lakin sizlərin, dilim hörmətli də deməyə gəlmir – hakimlər: Diqqətinizə Azərbaycan Respublikası Cinayət Maddəsinin 295-ci maddəsindən bir nyuansı çatdırmaq istərdim. Bilə-bilə ədalətsiz hökm və qərar çıxarma 3 il azadlıqdan məhrum edir. Bu maddəni bilə-bilə sizə xatırlatdım ki, verdiyiniz hər bir sifarişli qərara görə gələcəkdə cəza alacaqsız. Nə siz, nə də ki, sizin öndə gedənləriniz, bundan qurtula bilməyəcək. Bunu tarix də sübut edir. Məşhur inqilabçı, kommunizmin ilk nəzəriyyəçilərindən biri Qrakx Baböfun öz sevgilisnə məktubunda Fransa inqilabı zamanı Parisdə baş verənləri belə təsvir edirdi:
“Mən şahidi oldum ki, kütlə necə Fullonun başını küçələrdə gəzdirirdi. Sonra oraya kürəkəni də gətirdilər. Baraban gurultusu altında hamı onu ələ salır, alçaldırdı. Kütlənin bu sevinci necə də mənim ürəyimi sıxırdı! Mən həm razı, həm də narazı idim... Hakimiyyət nə əkmişdisə, onu da biçirdi. Sonrası daha da pis olacaq. Bu, hələ başlanğıcdır...” Əmin olun ki, bu gedişatla sizləri də eyni aqibət gözləyir”.

Ö.Məmmədovun çıxışı belə davam edib: “Daha sonra qeyd etmək istədiyim başqa bir nyuans da var - Əliyev rejimi zənn edir ki, həbsxanaları onlar kimi düşünməyən, azad fikirli və mübariz gənclərlə doldurmaqla onlar öz hakimiyyətlərinə qarşı yönələn təhlükəni aradan qaldırır. Amma, özləri istəmədən həmin həbsxanaya doldurduqları gənclərdən qəhrəman düzəltmiş olurlar.Bu isə bir növ az da olsa prosesə öz müsbət təsirini göstərmiş olur. Biz, 140-a yaxın siyasi məhbusu olan bir ölkənin vətəndaşlarıyıq. Avropada olan siyasi məhbusların yarısı elə Azərbaycanın payına düşür. Bu rəqəm hazırkı hakimiyyətin cinayətkar olmasının əyani sübutudur. Biz – “NİDA”çılar, həmçinin digər siyasi məhbuslar, İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadiqov, Elsevər Mürsəlli, Əbdül Əbilov, Rəşad Ramazanov, Anar Məmmədli, Bəşir Süleymanlı, Orxan Eyyubzadə, Pərviz Həşimli, Qurban Məmmədov, Tale Bağırzadə və digərləri bu hakimiyyət tərəfindən həbsə düçar olmamışıq, rəsmən girov götürülmüşük.

Sonda mənə girovluqda olduğum müddətdə dəstək olan üzvü olduğum N!DA VH-ya, VHP-yə, media nümayəndələrinə, siyasi partiyaların funksionerlərinə, ictimai fəallara, xüsusilə də valideynlərimə və fədakarlıqla təmənnasız olaraq məni müdafiə edən Xaliq Bağırova, həmçinin də Əlayif Həsənova öz təşəkkürümü bildirirəm”.

Gənc fəal çıxışını bu cümlələrlə bitirib: “İnsan üçün onun vicdan məhkəməsi ən önəmli olanıdır. Orada nə üzəduran şahid var, nə qondarma cinayət işi, nə də ki, sizlər kimi saxta hakimlər. Mən vicdanım qarşısında təmizəm və bu mənə yetir”.

Ömər Məmmədov 5 il azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli həbsxanada çəkəcək. Hökmdəki bir məqam da diqqət oyadıb: Ömər Məmmədov ekspertiza xərclərini ödəmək üçün dövlətin hesabına 70 manat 34 qəpik keçirməlidir.
Gənc bloqqer 2014-cü il yanvarın 24-də həbs olunub. İstintaq məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Dövlət ittihamçısı ona 6 il həbs cəzası istəmişdi./musavat/
1223 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05
&q