Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2013

Hökümət ordusu Hələbin cənubuna doğru irəliləyib

Hökümət ordusu Hələbin əl-Xənasir rayonunu nəzarətə götürüb.

Suriya İnsan Hüquqları Müşahidəçi komitəsinin verdiyi xəbərə görə, hökümət ordusu dünən Hələbin cənubunda yerləşən əl-xənasir rayonunda xeyli irəliləyib. Bölgədə baş verən qarşıdurmada hökümət ordusu Nusra Cəbhəsi, DAİŞ, Məhəmməd Ordusu, Şam Azadələri qruplaşmalarını geri çəkilməyə məcbur edib.

Bu arada Suriyanın İnformasiya naziri İmran əz-Zəəbi “Russia Today” telekanalına verdiyi müsahibədə bildirib ki, hökümət “Cenevrə-2” sülh danışıqlarında "Nusra Cəbhəsi", "əl-Qaidə" və Azad Suriya Ordusu kimi qruplaşmalarla müzakirələrə getməyəcək. O, danışıqların siyasilər arasında gedəcəyini deyib və dövlət-teror qruplaşmaları arasında gedən müzakirələri qeyri- mümkün sayıb./SalamNews
1381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01