Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

“Sovetski”nin işığını, suyunu kəsdilər

Bakının Yasamal rayonu “Sovetski” küçəsinin bir çox evlərində içməli su təminatı və elektrik enerjisinin verilməsi dayandırılıb. Qəsəbənin bir qrup sakininin ünvanladığı müraciətdə bildirilib ki, artıq bir neçə gündür daimi istifadə olunan kommunal xidmətlərdən istifadə edə bilmirlər.

Buna səbəb isə ərazidə aparılan söküntü işlərini əsas gətirərək, məhəllənin elektrik və su təminatının dayandırılmasıdır: “Bəzi sakinlər qiymətlərlə razılaşmadığından köçməkdən imtina ediblər və hələ də burada yaşayırlar. Buna baxmayaraq, artıq neçə gündür suyumuz və evlərə gələn elektrik təchizatı kəsilib. Yaxınlıqdakı məhəllələrdə isə qaz, işıq, su da var. Bunu evlərimizdən köçmək üçün bizə qarşı edilən inzibati metod kimi qiymətləndiririk”.

Qeyd edək ki, “Sovetski”də söküntü işlərinə bu ilin fevralından başlanılıb. Hər kvadratmetrə görə verilən kompensasiyanın azlığına etiraz edənlər isə hələ də evlərindən köçməyiblər. /aznyus/
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24