Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Borc zabit ailəsinin tifağını dağıtdı

Xaçmazda dayısının evində gənc oğlanı intihara vadar edən şok təfərrüatlar məlum olub

Ötən gün Xaçmazda dayısının evində gənc oğlanı intihara vadar edən şok təfərrüatlar məlum olub.

Belə ki, 18 yaşlı Əmrah Şərifli dayısının Memar Əcəmi küçəsində yerləşən evində özünü asıb. Rayon Polis Şöbəsindən məlumat əldə etdik ki, E.Şəriflinin gəmi kapitanı işləyən atası Rəhman Şərifov da bu ilin may ayında özünü asıb. Atasının faciəvi ölümündən sarsılan Əmrahı anası dincəlmək üçün dayısının evinə göndərib. Dünən səhər saat 6 radələrində Əmrahın asılmış meyiti tapılıb.

Milli.az əldə etdi ki, gəmi kapitanı Rəhman Şərifovun külli miqdarda borcu olub. Borc sahiblərinin hədələrindən bezərək bu il mayın 6-da özünü asıb. Hətta R.Şərifov intihar etməmişdən qabaq məktub da yazıb. “Təzadlar” qəzeti həmin məktubu təqdim edir:

“Yazıb bildirirəm ki, Afətdən alınan 43.000 (qırx üç min) manat faiz kimi alınan pul olduğu üçün tam qaytarılıb. Lakin imkan olmadığından yığılan faizlərin bir qismi ödənilməyib. Onun yanına gedib ərizəsini geri almasını xahiş etdik, əri Elşən isə mənim nazirlikdə adamım var, pulu da ondan alıb faizlə vermişəm - deyirdi. Sonra əlavə etdi ki, mənə deyiblər, sənin arxanda biz dayanmışıq. Ona deyəndə ki, satışa qoyduğumuz evi faizin yerinə götür, indi pul verməyə imkan yoxdur, - ona da razı olmadılar. Elşən dedi ki, mən ev də, pul da istəmirəm, mən istəyirəm ki, siz ər-arvad ikiniz də türməyə düşəsiniz. Həm də gördüm ki, bunlar Allah adamı deyillər. Onlardan alınan pulu (ana pulu) qaytarmasaydıq, haqlı olardılar. Onların qabağından qaçıb gizlənməmişəm, deməmişəm ki, faizi vermirəm. Neçə dəfə demişəm ki, əsas pulu vermişəm, imkan olanda, yəni ki, ev satılan kimi faiz pulunu da verəcəyəm. Yaxud da ki, pulun yerinə evi götür, ona da razı olmadılar. Haqq və ədalətin olmadığını, yalanın baş alıb getdiyi bir vaxtda haqsız yerə yoldaşımın türməyə düşəcəyinə dözə bilməyəcəyimi görüb bu yola əl atdım. O dünyada olacaq hadisələri görməyəcəyəm və duymayacağam. Heç nədən haqsız və ədalətsiz bir ailə faciəsi olacaq. Allah məni bağışlasın. Şəri, böhtanı görüb üç evimi satıb onlara vermişəm, banklardan kreditlər götürmüşəm. Bu qədər. İmzamla təsdiq edirəm”./ans/
1327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...