Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

NATO gəmiləri Qara dənizə girdi, Rusiya cavab verdi

Şimal qonşumuz hərbi təlimlərə başladı

Rusiya Hərbi Dəniz donanması Qara dənizdə təlimlərə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, təlimlərdə 20-yə yaxın döyüş gəmiləri, 20-dən çox hərbi təyyarə və vertolyotlar, dəniz piyada birlikləri, Qara dəniz donanmasının sahil raket-artilleriya qoşunlarının bölmələri iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd Qara dəniz donanması hərbi gəmilərinin düşmən gəmilərini zərərsizləşdirmə, hədəfi düzgün vurma, havadan edilən hücumların qarşısını alma qabiliyyətinin yoxlanılmasıdır.

Qeyd edək ki, ötən gün NATO 4 hərbi gəmisi Qara dənizə daxil olmuşdu./ans/
1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber