Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Bodrumda İŞİD bayrağı qaldırıldı

Üzərində "Allah birdir və Hz. Məhəmməd onun elçisidir. Ona beyət edin" yazılan bayraq endirilib.

Bodrumda yaşayan bir balıqçı gəmisində qurduğu komanın üzərində ərəbcə yazıları olan qara bayraq asıb. Bayrağın İŞİD terror təşkilatının bayrağı ilə oxşar olması çaxnaşmaya səbəb olub.

Üzərində "Allah birdir və Hz. Məhəmməd onun elçisidir. Ona beyət edin" yazılan bayraq endirilib. Daha sonra dənizin içində qanunsuz olaraq inşa edilən koma dağıdılıb.

Dənizdə hər hansı bir tikintinin qanuni olmadığını söyləyən Bodrum Bələdiyyəsi "Daha əvvəl quruda apardığımız işləri indi də dənizdə davam etdiririk. Bu cür obyektlərin dənizdə tikilməsi mümkün deyil. Onun üçün də buranı dağıdırıq”, - deyə bildirib.
1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber