Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

DÇ-2014-də tarix yazılır: Belçika, yoxsa Kosta-Rika?

Argentina-Belçika

Bu gün Dünya Kubokunun 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq.

Keçiriləcək iki oyunla növbəti yarımfinalçılar bəlli olacaq.

İlk olaraq meydana Argentina və Belçika milliləri çıxacaq.

Bu komandalar indiyədək üç dəfə qarşı-qarşıya gəlib. İki dəfə Argentina, bir dəfə isə Belçika millisi meydanı qalib tərk edib.

Matçı Nikola Rizzolinin idarəçiliyi ilə italyan hakim heyəti idarə edəcək.

“Estadio Nəşnl” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hollandiya - Kosta-Rika

Gecənin digər oyununda isə Hollandiya və Kosta-Rika yığmaları yarımfinal uğrunda mübarizə aparacaq.

Tarixlərində ilk dəfə qarşı-qarşıya gələn yığmaların matçını özbəkistanlı hakim Ravşan İrmatov idarə edəcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.

Bu cütlüklərin qalibləri yarımfinalda üz-üzə gələcək.

Xatırladaq ki, artıq dünən keçirilən oyunların nəticəsinə uyğun olaraq Braziliya və Almaniya milliləri yarımfinalda qarşılaşacaq.

Bu mundialın sürpriz komandaları Kosta-Rika və Belçikadır. Ona görə futbol fanatları bu komandaların yarımfinala çıxıb-çıxmayacaqlarını maraqla izləyirlər.
1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP