Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Müşfiqabadda vəhhabi-şiə davası: polis hərəkətə keçdi

“Müşfiqabad qəsəbəsində vəhhabilərlə şiə gənclər arasında dava baş verib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Bu barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin növbətçi hissəsindən Axar.az-a məlumat verilib. Məlumatda deyilib ki, hadisədə kimin təqsirkar olması və həbs edilənlərlə bağlı rəsmi məlumat araşdırma başa çatandan sonra ictimaiyyətə çatdırılacaq.

Müşfiqabad qəsəbə sakinlərindən aldığımız məlumatda isə deyilir ki, münaqişə məsciddə axşam namazından sonra verilən iftar süfrəsində başlayıb. Mərasimdə vəhhabilərlə yanaşı, şiə gənclər də iştirak edib. Vəhhabilər onların iftara dəvət edilməsinin yanlış olduğunu, Allaha deyil, bütlərə ibadət edənlərlə bir yerdə iftar açmaq istəmədiklərini bildiriblər. Gənclər isə ciddi etiraz ediblər və mübahisə sonda münaqişəyə gətirib çıxarıb.

Vəhhabilərin gənclərlə davasında Əli, Osman və Rauf adlı gənclərin (soyadlarını öyrənə bilmədik) ciddi xəsarət aldığı bildirilir. Davanın kütləvi xarakter alması isə hüquq-mühafizə orqanlarını dərhal hərəkətə keçməyə vadar edib.
1601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP