Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Almaniya və ABŞ arasında yeni kəşfiyyat qalmaqalı

Almaniya kansleri Angela Merkelin telefonunu ABŞ kəşfiyyatın dinlədiyinin ortaya çıxması ilə yaranan hay-küy sakitləşməmiş iki ölkəyə aid bu xüsusda daha bir məlumat yayılıb.

Alman mediasının yaydığı xəbərə görə, ölkənin xüsusi xidmət orqanı olan BND əməkdaşlarından biri ABŞ kəşfiyyatına məxfi məlumatlar ötürürmüş.
Bir nəfər təhlükəsizlik yetkilisinin casusluq ittihamı ilə saxlanıldığını Almaniya rəsmiləri də təsdiqləyiblər. Amma ad açıqlanmayıb.

“Bild” qəzeti isə yazır ki, 31 yaşlı təhlükəsizlik işçisi 2012-ci ildən bəri 218 məxfi sənəd oğurlayıb. Onun Avstriyada ABŞ kəşfiyyatı ilə 3 dəfə görüşdüyü, gizli sənədləri 25 min avroya satdığı iddia edilir.

Almaniya kansleri ilə ABŞ prezidenti arasında ötən gün baş tutan telefon danışığında bu məsələnin müzakirə olunub-olunmadığı haqda medianın suallarına Berlin və Vaşinqtondan cavab verməyiblər.

Almaniyanın hökumət sözçüsü Ştefan Seybert isə bildirib ki, olay ciddidir və hökumət istintaqdan sonra müvafiq hərəkətə keçəcək.
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı