Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

“Müsəlman qardaşlar” lideri ömürlük həbsə məhkum edildi

Misir məhkəməsi “Müsəlman qardaşlar” liderini ömürlük həbsə məhkum edib

Misir məhkəməsi “Müsəlman qardaşlar” terror qruplaşmasının dini rəhbəri Məhəmməd Bədiəni ömürlük həbs cəzasına məhkum edib.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bundan əvvəl Misirin əl-Minya əyalətinin Cinayət Məhkəməsi “Müsəlman qardaşlar”ın aralarında M.Bədiənin də olduğu 183 tərəfdarı haqqında ölüm hökmünün tətbiqi barədə qərarı dəstəkləyib.

Bildirək ki, onların hamısı polis məntəqəsinə hücumda və ötən ilin avqust ayında əl-Minyanın inzibati mərkəzində zabitin öldürülməsində təqsirli bilinirlər.

Qeyd edək ki, Misirin baş prokuroru ötən ay bu kütləvi ölüm hökmləri barədə məhkəməyə şikayət verib.
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24