Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Manyak həbs edilib

Bakıda vətəndaşları təşvişə salan seksual manyak həbs edilib

Bakıda böyük rezonansa səbəb olan seksual manyak həbs edilib.

Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov məlumat verib. Onun sözlərinə görə, 32 yaşlı Hacıbaba Bayram oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Hövsan qəsəbəsində seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub. Həmin şəxs günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edib, şəkillərini çəkib.

Həmin fakta görə, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.
1826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi